Sosial-İqtisadi Kollec

Azərbaycan Respublikası Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli, 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli, 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Bakı Plan-İqtisad Texnikumu 1966-cı ildən 2002-ci ilədək fəaliyyət göstərmişdir. “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə həmin texnikumun bazasında Bakı Dövlət Sosial-İqtisad Kolleci yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli 250 saylı qərarı ilə Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecinə çevrilmişdir.
*
İxtisaslar üzrə tədris planları

Kollecdə 3 əyani şöbə və 1 qiyabi şöbə fəaliyyət göstərir:

Mühasibat uçotu
Bank işi
İdarəetmə
Qiyabi

Kollecdə fəaliyyət göstərən fənn birləmə komissiyaları:

İctima fənlər
Ümumi iqtisadiyyat
Kargüzarlıq və sosial iş
Mühasibat uçotu və audit
İnformatika
Ümumtəhsil
Dil və ədəbiyyat
Maliyyə

Kollecdə aşağıdakı təhsil proqramları üzrə subbakalavr hazırlığı həyata keçirilir:

040202-Kargüzarlıq və arxiv işi (əyani, qiyabi)
040401-Bank işi (əyani)
040404-Maliyyə işi (əyani)
040406-Mühasibat uçotu (əyani, qiyabi)
040410-Vergi işi (əyani)
040530-Kompüter sistemlərində proqram təminatı (əyani)
040713-Sosial iş (əyani, qiyabi)

İletişim

Ünvan: Bakı, Bakıxanov qəsəbəsi R.Qəmbərov 61

Telefon

(+994 12) 425-47-07

E-posta

cse@unec.edu.az

Digər Kolleclər