Avrasiya İqtisadiyyatı Beynəlxalq Tədqiqat Mərkəzi

center image

HAQQIMIZDA:

UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzi (UNEC və Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə) Azərbaycan Dövlət İqtisad
Universitetinin Elmi Şurasının 14 iyul 2023-cü il tarixli iclasının 188 №-li Qərarı və UNEC rektorunun 21 iyul 2023-cü il tarixli 558/3/2023 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 13.11.2023-cü il tarixli 987/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik UNEC EFTİED-in direktoru, “Maliyyə və audit” kafedrasının professoru i.e.d. Məmmədov Zahid Fərrux oğluna həvalə edilmişdir

ÜZVLƏR:

– i.e.d. prof. Məmmədov Zahid Fərrux – UNEC  EFTİED-in direktoru, “Maliyyə və audit” kafedrasının professoru (Rəhbər)

– i.e.d. prof. Borodin Aleksandr İvanoviç – Plexanov ad. Rusiya İqtisad Universitetinin Maliyyə Menecmenti kafedrasının professoru (Moskva/Rusiya)

– prof.dr. Cemal Zehir – Yıldız Teknik Üniversiteti İktisadi Ve İdari Bilimler Fakültəsinin professoru (İstanbul/ Türkiyə)

– Namazov Vüqar Faiq – Unicapital İnvestisiya Şirkəti ASC, Baş Menecerin Müşaviri

– i.f.d. Mürşüdlü Fəxri Fuad – Qafqaz Strateji Araşdırmalar İnstitutunun baş tədqiqatçısı