Dilfarə   Məmmədova Fərrux oğlu

Dilfarə Məmmədova Fərrux oğlu

Baş müəllim

Avesis linki

 Bakı, H.Əliyev küçəsi, 135
+(994) 12 440-33-67, 441-65-21

1 iyul 1952-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1975-ci ildə həmin institutu bitirmişdir.

1976-cı ildə həmin institutun “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur.
1995-2004-cü illərdə Kommersiya texnikumunda müəllim vəzifəsində çalışmışdır.
1995-1996-ci illərdə elmi kadrların hazırlanması məqsədi ilə Almaniyanın Kil şəhərində kursu bitirərək və fəxri dosent diplomu almışdır.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznes və logistika” kafedrasında çalışır.
Ailəlidir, iki övladı və iki nəvəsi var.

“Əməyin iqtisadiyyatı”, “İnsan resurslarının idarə edilməsi” dərsliklərinin həmmüəlliflərindən biridir.
2011-ci ildə kafedra müəllimləri tərəfindən “Справочник – экономиста по труду и управление человеческими ресурсами” lüğət-məlumat kitabçasının hazırlanmasında yaxından iştirak etmişdir.
O cümlədən bir sıra metodik göstərişlər, proqramların həmmüəlliflərindən biridir.
7 elmi-metodiki əsərin müəllifidir.