Elçin  Eyvazov

Elçin Eyvazov

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.f.d., dosent

Avesis linki

[email protected]
+(99412) 492 59 03(12-48)

Eyvazov Elçin Təhməz oğlu 2000-ci ildə İnzibati-idarəetmə istiqaməti üzrə Azərbaycan Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

1994-1996-cı illərdə Azərb. Milli Aerokosmik Agentliyində nəzarətçi;.
2001-2002-ci illərdə İqtisad Universitetinin «Gömrük işinin təşkili» kafedrasında baş laborant işləmişdir.
2002-ci ildən «Beynəlxalq ticarət və gömrük işi» kafedrsında dosent vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının dosentidir.
UNEC-in İqtisadiyyat fakültəsinin dekan müavi vəzifəsində çalışıb.
2021-ci ilin sentyabr ayinda İqtisadiyyat fakültəsinin dekanı təyin olunub.
Hazırda UNEC-in İqrisadiyyat və İdarəetmə fakültəsinin dekanıdır.
Seçkilərin nəticələrini nəzərə alaraq 31.03.2023-cü il tarixində UNEC Rektorunun müvafiq əmrilə İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

9 elmi məqalənin müəlifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.

2013-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Ailəlidir, iki övladı var.