Nailə Əliyeva

Nailə Əliyeva

İqtisad elmləri doktoru, dosent

Avesis linki

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

Əliyeva Nailə Rauf qızı 12 fevral 1964-ci ildə Bakı şəhərində anadan olub.
1981-ci ildə D.Buniyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə və kredit fakültəsinə daxil olub, 1985-ci ildə  institutu əla qiymətlərlə bitirib.

1985-1986-cı illərdə təyinatla Bakı şəhəri İcra Hakimiyyəti Maliyyə şöbəsində iqtisadçı vəzifəsində işləyib. 1986-1990-cı illərdə Xətai rayon Maliyyə şöbəsində baş iqtisadçı, 1990-2000-ci illərdə Xətai rayon Vergi Müfəttişliyində müfəttiş, böyük müfəttiş işləyib, ikinci dərəcəli vergi müfəttişidir.
2000-2005-ci illər ərzində “Akkerauma Offşor” Finlandiyanın Bakıdakı nümayəndəliyində vergi məsləhətçisi kimi çalışıb.
2006-cı  ildən pedaqoji fəaliyyətə başlayib: Təfəkkür Universitetində və Turizm İnstitutunda müəllim vəzifəsində işləyib.
2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur. Həmin ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasında baş müəllim vəzifəsində işləyib.
2017-ci ilə kimi UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.
Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.

3 monoqrafiya, 1 dərs vəsaiti “İnnovasiya menecmenti” və 100-ə yaxın məqalə müəllifidir.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI

 

Ailəlidir, iki övladı  var.