
Nəvai Əliyev
Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavini, baş müəllim
+(994) 12 492-97-57; 492-66-55
Əliyev Nəvai Şaxlar oğlu 1965-ci il iyun ayının 18-də Mingəçevir şəhərində anadan olmşdur.
1972-1982-ci illərdə Mingəçevir şəhər 7 №-li orta məktəbdə orta təsil almışdır.
1984-1986-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində hərbi qulluqda olmuşdur.
1986-1991-ci illərdə Taras Şevçenko adlna Kiyev Dövlət Universitetinin İqtisadİyyat fakültəsinin Siyasi iqtisad ixtisası üzrə təhsil almışdır.
1992-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin əyani aspiranturasını bitirmişdir.
1997-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Elm şöbəsində baş inspektor vəzifəsində çalışmışdır.
2000-ci ildən İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasında müəllim vəzifəsində çalışıb.
“Maliyyə və audit” kafedrasının baş müəllimidir.
Hazırda Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavinidir.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Evlidir, iki övladı var.