
Nəzirə Hüseynova
İqtisadiyyat üzrə fəlsəfə doktoru, müəllim
Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
Hüseynova Nəzirə Yunus qızı 25 sentyabr 1983-cü ildə anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” ixtisasını fərqlənmə ilə bakalavr pilləsini bitirmiş, 2006-cı ildə isə həmin ixtisas üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildən 2011-ci ilədək “Marketinq” kafedrasında saat hesabı qaydasında dərs aparmışdır.
“Logistika”, “Ehtiyatların idarə edilməsi”, “Marketinq” fənlərindən mühazirə və seminar dərsləri aparıb.
2018-ci ildə namizədlik dissertasiya işini müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur.
2010-2018-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Tyutor xidmətinin tyutoru vəzifəsində çalışib.
2018-ci ildən Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasında müəllim vəzifəsində calışır.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının müəllimidir.
Ailəlidir, iki övladı var.