Rəsmiyyə Məmmədova

Rəsmiyyə Məmmədova

Tarix üzrə fəlsəfə doktoru, dosent

Avesis linki

 Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Məmmədova Rəsmiyyə Mürsəl qızı 11 may 1967-ci ildə Bakıda anadan olmuşdur.
1974-1984-cü illərdə Bakı şəhəri Yasamal rayonu 13 saylı orta məktəbdə təhsil alıb.
1985-1990-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1984-cü ildə 3 saylı şəhər poliklinikasında tibb qeydiyyatçısı işləyib.
1991-ci ildən 1995-ci ilə kimi S.M.Kirovun ev muzeyində ekskursiyaçı, Azərbaycan İstiqlal Muzeyində kitabxanaçı, kiçik elmi işçi vəzifəsində işləyib.
1995-1996-cı illərdə Azərbaycan Kommersiya İnstitutunun Hüquq fakültəsində laborant işləyib.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimidir.
Hazırda UNEC-in “İqtisadiyyat kafedrası” kafedrasının dosentidir.

2012-ci ildə “Şimali Azərbaycanda vergi sistemi (XIX əsrin II yarısı- XX əsrin əvvəlləri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Ailəlidir, iki övladı var.