Xankişi   Xankişiyev

Xankişi Xankişiyev

İqtisad elmləri namizədi, dosent

Avesis linki

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

 Xankişiyev  Xankişi  Səməd oğlu 28 aprel 1952-ci ildə Sabirabad rayonunda anadan olub.
1959-cu ildən 1969-cu ilədək orta məktəbdə oxuyub.
1969-cu ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Ümumiqtisad fakultəsinə daxil olub.

1974-cü ildə həmin institutu bitirərək iqtisadçı, siyasi iqtisad müəllimi ixtisası alıb.
1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək ordu sıralarında hərbi xidmətdə olub.
1978-1982-ci illərdə Bakı Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə qiyabi aspiranturada oxuyub.

1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1988-ci ildə dosent elmi adı alıb.

1974-1988-ci illərdə D.Bünyazdazə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutunda Siyasi iqtisad kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim və baş müəllim vəzifələrində çalışıb.
1988-1990-cı illərdə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Siyasi iqtisad kafedrasında baş müəllim vəzifəsində çalışıb.
1990-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasında dosent vəzifəsində işləyib.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.
1993-cü ildən 2005-ci ilədək Hazırlıq fakultəsinin dekanı vəzifəsində çalışıb.
2005-2015-ci illərdə Biznes inzibatçılığı fakultəsinin dekanı vəzifəsində çalışıb.

2007-ci ildə Təhsil sahəsində nailiyyətlərə görə Azərbaycan Respublikası «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunub.

Azərbaycan Respublikasının ali məktəblərinin kredit sisteminə keçirilməsi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi Komissiyasının,  Təhsil Problemləri İnstitutunun Elmi Şurasının üzvüdür.
Müxtəlif Beynəlxalq Konfranslarda iştirak edib. 2010-cu ildə Qətərdə keçirilən «Dünya iqtisadi Forumu» və «10-cu Doha Forumu»nun iştirakçı olub.
Ailəlidir, iki övladı var.