Ümumi şöbə

Ümumi şöbə
Ümumi şöbə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yarandıqda dəftərxana kimi, 1996-cı ildən isə ayrıca şöbə kimi fəaliyyət göstərir.
Universitetdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, kargüzarlığın aparılması, korrespondensiyanın təqdim edilməsinin müəyyən olunmuş qaydasına riayət edilməsi, bu sahədə universitetin struktur bölmələrinə yardım göstərilməsi Ümumi şöbə tərəfındən həyata keçirilir.
Dövlət hakimiyyət və idarəetmə orqanlarından, ictimai təşkilatlardan, hüquqi və fıziki şəxslərdən universitetə daxil olan xidməti sənədlər, habelə digər korrespondensiya Ümumi şöbədə qəbul edilir və qeydə alınır. Daxil olan xidməti sənədlərin əlaqədar struktur bölmələrə verilməsi Ümumi şöbə tərəfındən həyata keçirilir.
Rektorun sərəncam və əmrləri Ümumi şöbə tərəfindən rəsmiləşdirilir və müvafıq bölmələrə göndərilir. Rəhbərlik tərəfındən imzalanan məktub və müvafıq sənədlər Ümumi şöbədə qeydiyyata alınır və aidiyyatı üzrə çatdırılır.
Rəhbərliyin normativ aktlarının və digər tapşırıqlarının icrasına nəzarət və icranın yoxlanılması işlərinin təşkilinə Ümumi şöbənin müdiri rəhbərlik edir.
Ümumi şöbə universitetin müstəqil struktur bölməsi olmaqla UNEC-də kargüzarlığın aparılması, korrespandensiyanın təqdim edilməsinin müəyyən olunmuş qaydasına riayət edilməsi, bu sahədə universitetin struktur bölmələrinə yardım göstərilməsi, habelə təlimata əməl edilməsinə nəzarəti həyata keçirir və kargüzarlıq xidmətində aşağıdakı əsas vəzifələri yerinə yetirir:
- Daxil olan sənədləri qəbul edir, qeydə alır, aidiyyatı üzrə bölüşdürülür və icraçılara çatdırılır;
- Sənədləri təyinatı üzrə göndərilməsi təmin edir;
- Sənədlərin icra müddətinə nəzarət edir;
- Sənədlərin surətlərini çıxarmaq, sənədlərin qeydiyyatı, nomenklatur siyahıların hazırlanması işlərini həyata keçirir;
- Sənədləri işlər üzrə formalaşdırır və arxivə təhvil verir;
- Sənədlərin saxlanması və onlardan istifadə edilməsini təmin edir;
- Universitetin struktur bölmələri arasında əlaqələrin təmin edilməsi və xidmət üzrə texniki funksiyaları yerinə yetirir;
- Kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə universitetin bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirir, kargüzarlığın peşə hazırlığını artırır;
- Universitetin sənədlərinin məxfiliyinin qorunmasını təmin edir.