Tədqiqat Mərkəzləri

Page Image

“UNEC-100” İnkişaf Strategiyasında əks olunan strateji məqsəd və hədəflərə tez bir zamanda nail olmaq,
universitetin elmi potensialını və elmi tədqiqatçı heyətinin sayını artırmaq məqsədilə UNEC-də 48 Tədqiqat Mərkəzi yaradılıb.

Universitetdə fəaliyyət göstərən mərkəzlər üçün başlıca prioritet - müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşması, fundamental elmi-tədqiqatların aparılması, yüksək ixtisaslı iqtisadçılar tərəfindən öyrənilməsi və tədqiq edilməsidir. UNEC Tədqiqat Mərkəzləri və onların əldə etdikləri elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaratmışdır. Mərkəzlərdə aparılan araşdırmalara rəhbərlik etmək üçün Mərkəzlərə rəhbər təyinatı həyata keçirilir və elmi istiqamətlərinə uyğun olaraq Mərkəzlərə tədqiqatçılar cəlb olunur, yəni işçi qrupları yaradılır. İşçi qruplarında fəaliyyət göstərən tədqiqatçılar həm universitetdaxili, həm universitetdən kənar, o cümlədən xarici universitetlərdə çalışan alim və tədqiqatçılardan ibarətdir. 

UNEC Tədqiqat Mərkəzləri nümunəvi Əsasnamə əsasında Mərkəz rəhbərləri tərəfindən hazırlanmış və UNEC Elmi Şurasında təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərirlər. Əsasnamədə UNEC Tədqiqat Mərkəzlərinin fəaliyyət istiqamətləri, məqsədləri, vəzifələri, hüquq və öhdəlikləri öz əksini tapmışdır. Hər il Tədqiqat Mərkəzləri tərəfindən illik fəaliyyət planı hazırlanır və UNEC rektoru tərəfindən təsdiqlənir. Bu fəaliyyət planında Mərkəzlərin illik tədqiqat mövzuları, yerli və beynəlxalq layihələrə müraciət, beynəlxalq və respublika səviyyəsində elmi və populyar nəşrlərdə elmi-tədqiqat nəticələrinin dərc olunması, elmi tədbirlərin təşkil edilməsi, təbliğat xarakterli tədbirlər, əməkdaşlıq tədbirləri öz əksini tapır. UNEC-də fəaliyyət göstərən tədqiqat mərkəzləri və laboratoriyalarının işinə nəzarət Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən həyata keçirilir.

Unec Tədqiqat mərkəzləri

Multikulturalizm Tədqiqat Mərkəzi

İqtisadi Klinika Tədqiqat Mərkəzi

Sahə Araşdırmalarə və Rəqabətin Təhlili (SART) Tədqiqat Mərkəzi

Sosial İş və Sosial İnnovasiyalar Tədqiqat Mərkəzi

İnnovativ Menecment Tədqiqat Mərkəzi

Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzi

Kölgə İqtisadiyyatı Tədqiqat Mərkəzi

Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi

Regional İqtisadiyyat Tədqiqat Mərkəzi

Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzi

İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi

Monetar İqtisadiyyat və Maliyyə Texnologiyaları Tədqiqat Mərkəzi

İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzi

N.Gəncəvi ad. Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi

Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzi

Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi

Təhsil Texnologiyalaı Mərkəzi

Avrasiya İqtisadiyyatı Beynəlxalq Tədqiqat Mərkəzi

Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi

UNEC Sığorta Məktəbi

Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzi

Empirik Tədqiqat Mərkəzi

Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi

Tətbiqi Süni Intellekt Tədqiqat Mərkəzi

Analitik-İnformasiya Resursları Tədqiqat Mərkəzi

Avropa İqtisadiyyatı Tədqiqat Mərkəzi

İqlim Dəyişiklikləri və İstixana Qazlarının İdarəedilməsi Mərkəzi

"Karbohidrogenlərin istehsalı, daşınması və emalında resursa qənaətedən texnologiyalar" Tədqiqat Mərkəzi

Sənaye Verilənlərinin Analitikasi və Qərarlara Dəstək Sistemləri Tədqiqat Mərkəzi

Qabaqcıl Funksional Materiallar Tədqiqat Mərkəzi

Bilik İqtisadiyyatı Tədqiqat Mərkəzi

Materialların Rəqəmsal Dizaynı və Qabaqcıl Hesablama Texnologiyaları Tədqiqat Mərkəzi

UNEC BİR KƏMƏR, BİR YOL Tədqiqat Mərkəzi

Beynəlxalq Nanotexnologiya və Biokimyəvi Toksikologiya Tədqiqat Mərkəzi

Ekonofizika Tədqiqat Mərkəzi

Marketinq, İstehlakçı Davranışı və Brendinq Tədqiqat Mərkəzi

Riyazi Modelləşdirmə və Optimallaşdirma Tədqiqat Mərkəzi

Elektron Ticarət və Elektron Ixracat Tədqiqat Mərkəzi

Elmin Populyarlaşdırılması Tədqiqat Mərkəzi

Ətraf Mühitin Qlobal Problemləri Tədqiqat Mərkəzi

Enerji İqtisadiyyatı Mərkəzi

Ermənistan İqtisadiyyatının Araşdırma Tədqiqat Mərkəzi

Əmək Bazarının Monitorinqi Tədqiqat Mərkəzi

Mühasibat və Maliyyə Tədqiqat Mərkəzi

Xanım Tədqiqatçılar Şurası Tədqiqat Mərkəzi

Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Tədqiqat Mərkəzi