UNEC Tələbə Teatrı

UNEC Tələbə Teatrı Cəsarət pərdələrinin açıldığı səhnə

UNEC Tələbə Teatrı universitet daxilində fəaliyyət göstərən peşəkar yönümlü yaradıcı platformadır. Teatr tələbələrə aktyorluq sənətini, səhnə mədəniyyətini, düzgün nitq və bədən dili istifadəsini, improvizasiya bacarığını, komanda ruhunu və özünəinamı öyrətməyi hədəfləyir.

Teatr dərnəyindən əsas fərqi ondan ibarətdir ki, UNEC tələbə teatrı yalnız maraq və məşğuliyyət səviyyəsində fəaliyyət göstərmir, burada məşqlər daha müntəzəm aparılır, səhnə əsərlərinin hazırlanması, konkret tamaşalar səhnəyə qoyulur. Bu platforma teatrla tanışlıq deyil, teatr düşüncəsinin formalaşdırılması və səhnədə real təcrübə qazanmaq üçündür.