Xeyr. Əgər şəxsin həm Azərbaycan, həm də başqa bir ölkənin vətəndaşlığı varsa, o, Azərbaycan dövləti tərəfindən yalnız Azərbaycan Respublikasının vətəndaşı kimi tanınır. Bu şəxslər əcnəbi statusu ilə deyil, digər yerli vətəndaşlar kimi Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak edərək universitetə qəbul ola bilərlər.
Bəli. Universitetə əcnəbi kimi qəbul olunmaq üçün şəxsin milliyyəti və ya məktəbi harada bitirməsi deyil, vətəndaşlığı əsas götürülür. Əgər şəxsin Azərbaycan vətəndaşlığı yoxdursa və yalnız xarici ölkə pasportuna sahibdirsə, o, əcnəbi tələbə kimi sənəd verə bilər.
Eyni zamanda DİM imtahanlarında iştirak etmək istəyən əcnəbi vətəndaşlardan Müvəqqəti Yaşama İcazəsi (MYİ) vəsiqəsi və ya Daimi Yaşama İcazəsi Vəsiqəsi (DYİ) tələb edilir.
İstisna: DYİ vəsiqəsi ilə DİM imtahanında iştirak edən müraciətçi əcnəbi vətəndaş kimi qəbul edilə bilməz. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.
Əcnəbi vətəndaşların qəbulu birbaşa universitetlər tərəfindən aparılır. Əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris alacağı dili bilmə səviyyəsi təhsil müəssisəsi tərəfindən yoxlanılır və tələblərə uyğun gəldikləri halda onların qəbulu rəsmiləşdirilir.
•seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
•əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
•sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
•etibarlı sərhədkeçmə sənədi;
• 3x4 ölçüdə fotoşəkil;
• tədris dilindən imtahan verilməsi barədə sertifikat (əgər varsa);
• fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (əgər varsa).
Əcnəbi tələbə orijinal sənədlərini özü təqdim etməlidir. İstisna hallarda tələbənin sənədlərini notarial qayda da təsdiq olunmuş etibarnaməsi olan şəxs təqdim edə bilər.
Qəbul elektron formada həyata keçirilir. Əcnəbi abituriyentlər portal.edu.az saytı vasitəsilə ixtisas və tədris dili seçimini edərək tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil alma hüququnu qazanırlar.
Ölkəyə təhsil vizası ilə gəlmək mütləqdir. Çunki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi prosesində çətinliklərlə üzləşə bilər.