Elmi fəaliyyətin təşkili şöbəsi

Şöbə elmi hesabatların hazırlanması və onların keyfiyyətinə nəzarət edir, elmi tədqiqat layihələrinin təşkili və maarifləndirilməsi üzrə fəaliyyət göstərir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) EFTİED- Elmi Fəaliyyətin Təşkili Şöbəsi universitetdə elmi fəaliyyətin səmərəli təşkili və koordinasiyasına cavabdeh olan əsas struktur bölmələrdən biridir. Şöbənin vəzifə və səlahiyyətləri elmin inkişafını dəstəkləmək, tədqiqatların keyfiyyətini yüksəltmək və universitetin elmi potensialını beynəlxalq səviyyədə tanıtmaq məqsədilə müəyyən edilmişdir.

Şöbə elmi hesabatların hazırlanması və onların keyfiyyətinə nəzarət edir, elmi tədqiqat layihələrinin təşkili və maarifləndirilməsi üzrə fəaliyyət göstərir. Elmin beynəlmiləşməsi istiqamətində seminarlar, vebinarlar və konfranslar təşkil edir, tədqiqatçıların əməkdaşlığını dəstəkləyir və elmi əlaqələrin genişlənməsini
təmin edir. 

Həmçinin, UNEC-in elmi nəşrlərinin koordinasiyası və əlaqələndirilməsi şöbənin prioritet fəaliyyət sahələrindəndir, elmi jurnallar, kitablar və digər nəşrlərin hazırlanması və keyfiyyətinə nəzarət edir. Şöbə tədris vəsaitlərinin qrifləndirilməsi prosesinə rəhbərlik edir, elmi nəticələrin tədris proqramına inteqrasiyasını təmin edir. 

Eyni zamanda, müvafiq tədqiqat layihələri və proqramlara müraciət etmək istəyən tədqiqatçılar üçün konsultasiyalar təşkil edir, müraciət prosesinə dəstək göstərir və layihələrin uğurla həyata keçirilməsini təmin edir. Mühüm elmi nəticələrin və hesabatların hazırlanması, onların akademik səviyyədə təqdim olunması və keyfiyyətinə nəzarət də şöbənin əsas vəzifələrindəndir.