Kitab müzakirələri: “Maliyyə risklərinin idarə edilməsi”

  • 09 二月 2025
  • 90

“UNEC-də kitab müzakirələri” layihəsi çərçivəsində növbəti müzakirə “Maliyyə və audit” kafedrasının təşkilatçılığı ilə baş tutub.

Kafedranın dosentləri Tünzalə Qurbanova, Gültəkin Məmmədova və baş müəllim Şəhla Əlicanovanın təqdimatında “Maliyyə bazarları” və “Maliyyə risklərinin idarə edilməsi” kitablarının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan “Maliyyə və audit” kafedrasının dosenti Tünzalə Qurbanova kafedranın əməkdaşları tərəfindən hazırlanmış kitablar haqqında məlumat verib və nəşrlərin ali təhsil məktəblərində müvafiq fənlərin tədrisində önəmli rol oynadığını vurğulayıb. Eyni zamanda kitabların  maliyyə sahəsində çalışan şəxslər üçün də faydalı olacağını qeyd edib.

Kafedranın dosenti Gültəkin Məmmədova və baş müəllim Şəhla Əlicanova da kitablar haqqında geniş məlumat verərək, kafedra müdiri professor Əvəz Ələkbərov, prof.Zahid Məmmədov və dosent Alidə Hüseynovanın həmmüəllifi olduqları  “Maliyyə bazarları” kitabının özünüinkişafla bağlı olan məqamlarından bəhs ediblər.

Müzakirələr zamanı iştirakçılara müasir maliyyə bazarları və onun Azərbaycanda inkişafı ilə bağlı məlumatlar çatdırılıb və dərs vəsaitinin bu sahədə xüsusu rolu vurğulanıb.

“Maliyyə və audit” kafedrasının əməkdaşlarının i.e.d., prof. Əvəz Ələkbərovun rəhbərliyi altında hazırlamış olduqları “Maliyyə risklərinin idarə edilməsi” dərsliyi barədə də iştirakçılara məlumat verilib. Kitabın tələbələrin maliyyə risklərinin idarə edilməsinin nəzəriyyəsi, metodologiyası və texnikası, eləcə də praktiki problemlərin və iqtisadi vəziyyətlərin həllində əldə etdikləri biliklərinin möhkəmləndirilməsində əhəmiyyətli olacağı bildirilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

其他新闻

22 四月 2025
UNEC tələbəsinin komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya turunun qalibi olub
15 四月 2025
UNEC və AƏSMA arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
14 四月 2025
Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək
14 四月 2025
UNEC-in Zaqatala filialının yataqxanası və idman zalının açılışı olub
11 四月 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub