UNEC Türk Dünyası İqtisad Fakültəsi Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan seminar keçirilib.
Seminarın əsas məqsədi dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini bir daha diqqətə çatdırmaq, gənc nəslə onun zəngin siyasi irsini tanıtmaq və milli-mənəvi dəyərlərə bağlılığı gücləndirmək olub.
Tədbirdə fakültənin dekanı Yusif Əliyev, dekan müavini Cavahirxanım Məmmədova, kafedra müdiri Nurkhodzha Akbulaev,icraçı assistent Rəşid Sadıqov əməkdaş və tələbələr iştirak ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğundakı rolundan, eləcə də elm, təhsil və gəncliyə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıblar.
Seminar iştirakçıları, həmçinin Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini vurğulayıb, onun ideyalarının bu gün də ölkənin ictimai-siyasi və iqtisadi həyatında uğurla davam etdirildiyini qeyd ediblər.