UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin "Kompüter elmləri" ixtisası üzrə 2-ci kurs tələbələri Rəsul Sadiqli, Amil Abdullazadə və Yəhya Camalzadənin təmsil olunduqları “DeepSense” komandası "EduHack 2025" hakaton müsabiqəsində 1-ci yerə layiq görülüblər.
Ölkənin 9 ali təhsil müəssisəsindən 12 komandanın iştirak etdiyi hakatonda UNEC komandası cəmi 8 saatlıq intensiv əməkdaşlıq və yaradıcı yanaşma ilə fərqlənərək qalib olublar.
Tələbələrin hazırladığı AutiSense: Süni İntellekt Dəstəyi ilə Autizm Təhsil Platforması layihəsi autizmli uşaqlar, valideynlər və müəllimlər üçün fərdiləşdirilmiş tədris, real vaxt təhlili və davranış yönümlü AI dəstəyi ilə innovativ yanaşmasına görə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Hakaton Azərbaycan Respublikasının Gənclər Fondu, Bakı Avrasiya Universiteti, Niğde Ömer Halisdemir Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Türkiyə-Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.