UNEC və AƏSMA arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

  • 15 四月 2025
  • 59

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və gələcək hədəfləri barədə ətraflı məlumat verib.

AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək, hazırda akademiyada 1100 tələbənin təhsil aldığını, 2 fakültə və 5 kafedranın fəaliyyət göstərdiyini diqqətə çatdırıb. UNEC ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Yusif Ağayev imzalanan memorandumun AƏSMA üçün faydalı olacağına inandığını bildirib.

Çıxışlardan sonra UNEC və AƏSMA arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, AƏSMA-nın müəllim və tələbələri UNEC-in kitabxanasından istifadə edə, akademiyanın pedaqoji heyəti isə UNEC-in təşkil etdiyi təlimlərdə iştirak edə biləcəklər.

Memorandum çərçivəsində həmçinin birgə layihə və proqramların hazırlanması, elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların təşkili və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.

Görüşdə hər iki ali təhsil müəssisəsinin struktur rəhbərləri və nümayəndələri də iştirak edib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

其他新闻

22 四月 2025
UNEC tələbəsinin komandası “Fibonacci Beynəlxalq Robot Olimpiadası”nın Avrasiya turunun qalibi olub
14 四月 2025
Yassavi adına Qazax-Türk Universitetində beynəlxalq konfrans keçiriləcək
14 四月 2025
UNEC-in Zaqatala filialının yataqxanası və idman zalının açılışı olub
11 四月 2025
UNEC-də Scopus bazasında məqalə sayına görə fərqlənən kafedralar “Təşəkkürnamə”lərlə təltif olunub
10 四月 2025
UNEC-də müəllim və tələbə heyəti təltif olunub