Arzu  Səfərova  Məhəbbət

Arzu Səfərova Məhəbbət

İAETİ-də elmi işçi

Avesis链接

arzu_safarova@unec.edu.az
+(994) 12 492-78-70
Bakı, İstiqlaliyyət 6 (I Tədris binası)

2009–2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində “Kompüter elmləri” ixtisası üzrə bakalavr təhsili almış, ixtisaslaşma istiqaməti “İqtisadi kibernetika” olmuşdur.
2013–2015-ci illərdə eyni fakültədə “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.
2017–2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Ekonometrika; iqtisadi statistika” ixtisası üzrə dissertantura təhsili almışdır.

2016-cı ildən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışır. Hazırda institutun “Qeyri-neft sektorunun inkişafı” şöbəsində elmi işçi kimi fəaliyyət göstərir.
2019-cu ildən “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri” jurnalında texniki redaktor vəzifəsini icra edir.