Aysel Bağırzadə

Aysel Bağırzadə

Avesis链接

əlaqə: (012) 4926054

9 sentyabr 1999-cu il Yardımlı rayonu Qabaqdibi kəndində anadan olmuşdur.

2016-cı ildə Yardımlı rayonu E.Adışov adına Qabaqdibi kənd tam orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olmuş və 2020-ci ildə bakalavr təhsilini uğurla başa vurmuşdur. 2024-cü ilin sentyabr ayından etibarən Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin Dilşünaslıq (ingilis dili) ixtisası üzrə magistratura təhsilinə başlamışdır. 

2023-cü il 1 noyabr tarixindən Azərbaycan Dövlət İqtisad Universitetində Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzində icraçı assistent vəzifəsində çalışır.

2021-ci ilin oktyabr ayında dövlət qulluğu üzrə BB4, dekabr ayında isə BA4 sertifikatlarını əldə etmişdir.

UNEC Language Center tərəfindən təşkil edilən bir neçə ixtisasartırma təlimlərində iştirak etmişdir. Bu təlimlərə “How to Improve Writing Skills”, “21st Century Teaching: Integrating Interactive Digital Tools” və “Using Authentic Materials in ESL Teaching: Bringing the Real World into Classroom” kimi seminarlar daxildir.