Azər  Hüseynov

Azər Hüseynov

İqtisad elmlər namizədi, dosent

Avesis链接

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Hüseynov Azər Məmməd oğlu 30 iyun 1961-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur.
1968-1978-ci illərdə Ordubad şəhər 1 saylı orta məktəbində təhsil almışdır.
1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Univesiteti) daxil olmuş, 1982-ci ildə həmin institutu bitirmişdir.
1983-85-ci illərdə Sovet ordusunda xidmət etmişdir.
1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun əyani aspiranturasında oxumuşdur.

1985-1988-ci illərdə Sumqayıt «Sintez kauçuk» zavodunda iqtisadçı vəzifəsində çalışmışdır.
1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
2002-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, iqtisad elmləri namizədidir.
2010-cu ildən “İqtisadiyyat” kafedrasının baş müəllimi olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.

Bir dərslik, bir dərs vəsaiti, bir praktik-metodik vəsaitin, 30-dan çox elmi məqalə və tezisin müəllifidir.
ELMİ ƏSƏRLƏRİ

Evlidir, iki övladı var.