Əli Abbasov

Əli Abbasov

Azərbaycan Respublikasının Öndər Heydər Əliyevin 4 may 2000-ci il tarixli  sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya  Telekommunikasiya Elmi Mərkəzinin direktoru te.d., professor Əli Məmməd oğlu Abbasov Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifəsinə təyin olunmuşdur. Akademik Əli Abbasov Azərbaycan Dövlət İqtisad Universitetinə 2004-cü il fevral ayınadək rəhbərlik etmişdir.
Əli Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1976-cı ildə Moskva
Energetika İnstitutunu bitirmişdir. 1981-ci ildə Kiyev şəhərində texnika elmləri namizədi, 1994-cü ildə texnika elmləri doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmişdir. 1996-cı ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1976-cı ildən AMEA-da Elmi Mərkəzin direktoru, 2000-2004-cü illərdə Milli Məclisin deputatı olmuşdur. 5 xarici universitetin fəxri doktorudur.
2004-cü ilin fevral ayında akademik Əli Abbasov yeni yaradılmış Rabitə İnformasiya Texnologiyaları Nazirliyinə rəhbər təyin olundu.