Əzizə  Quliyeva Tərlan

Əzizə Quliyeva Tərlan

Tələbə İşləri Mərkəzinin böyük mütəxəssisi

Avesis链接

aziza.guliyeva@unec.edu.az
(012) 492-59-03 (1010)
Bakı şəhəri, İstiqlaliyyət 6 (I tədris binası)

2020-2022-ci illərdə Odlar Yurdu Kollecinin “Bank işi” ixtisası üzrə subbakalavr təhsili almış, 2022-ci ildən isə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur.

2022-ci ildən “Promart” MMC-də İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsində çalışmağa başlamış, 2023-cü ildən isə mütəxəssis olaraq əmək fəaliyyətini davam etdirmişdir. Həmin ilin avqust ayından 2024-cü ilədək “Grand-mart” MMC-də İnsan resursları üzrə mütəxəssis vəzifəsində çalışmışdır.

2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə işləri mərkəzinin Bir Pəncərə şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.

6 may 2023-cü ildə “Peşəkar xidmət komanda ruhunun ifadəsidir” dəyərlərinə sadiq qaldığına görə Təşəkkürnamə ilə təltif edilmişdir.

10-11 dekabr 2022-ci il tarixlərində keçirilmiş HR AGENDA’22 forumunda iştirak etmiş, sertifikat əldə etmişdir.

6 may 2023-cü il tarixində “Gələcəyə Dəyər” konsept mesajı ilə keçirilən Milli İnsan Resursları Forumunda iştirak edərək setifikat əldə etmişdir.

8 aprel 2023-cü il tarixində “Əmək qanunvericiliyi və Kargüzarlıq” üzrə təlimi “Fərqlənmə” ilə başa vurmuşdur. (SABAH Educational Academy).