1989-cu ilin fevralında i.e.d., professor Fuad Nəsrulla oğlu Ələsgərov filialın direktoru təyin edildi. Fuad Nəsrulla oğlu Ələsgərov 1937-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirərək K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin "Əmtəəşünaslıq və sənaye malları ticarətinin təşkili" ixtisasını bitirmişdir.
1963-1964-cü illərdə Çexoslovakiyada Praqa Ali İqtisad Məktəbində elmi ezamiyyətdə olmuşdur. 1964-cü ildə Praqa Ali
İqtisad Məktəbində çex dilində namizədlik dissertasiyası müdafiə etmişdir.
1964-cü ildə Azərbaycan Dövlət Universitetində Əmtəəşünaslıq kafedrasında müəllim kimi fəaliyyətə başlamış, 1966-cı ildə kafedranın dosenti olmuşdur. 1976-cı ildə doktorluq disseratasiyası müdafiə etmiş, 1978-ci ildə professor elmi adına layiq görülmüşdür. 1967-1987-ci illərdə o dekan, kafedra müdiri vəzifəsində, 1987-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xalq Təsərrüfatının İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. 1989-cu ilin fevral ayında isə o, NAVoznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının direktoru təyin olunmuşdur.
Prof. F.N.Ələsgərov 1990-cı ilin sentyabrında yenidən müstəqillik qazanmış Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifəsinə təyin olunmuşdur. Prof. F.N.Ələsgərov 2020-ci ilin iyul ayında vəfat etmişdir.