Heydər Əliyev  Əlirza oğlu

Heydər Əliyev Əlirza oğlu

Avesis链接

Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1944-cü ildən 1969-cu ilə qədər dövlət təhlükəsizliyi orqanlarında çalışıb. 1949–1950-ci illərdə Leninqradda Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb və 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin edilib. 1958-ci ildə əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini olub. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin edilib və həmin ildə ona general-mayor rütbəsi verilib.