
İradə Sultanova
Sultanova İradə Baba qızı 2 iyul 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakıdakı 190 saylı tam orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars filologiyası bölməsinə daxil olmuşdur. 1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Fars və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi, tərcüməçi və filoloq ixtisaslarına yiyələnmişdir.
1980-cı ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin «Xarici verilişlər» şöbəsinin İran Baş Redaksiyasında tərcüməçi kimi əmək fəaliyyətinə başlamışdır. 1993-1996-cı illərdə Bakıdakı 38 saylı orta məktəbdə müəllim, daha sonra isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1997-ci ildən əmək fəaliyyətini Bakı Dövlət Əmtəəşünaslıq və Kommersiya İnstitutunun «Dillər» kafedrasında Azərbaycan dili müəllimi kimi davam etdirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Texniki və texnoloji ixtisaslar üzrə «Dillər» kafedrasında Azərbaycan dili fənni üzrə baş müəllim vəzifəsini tutmuşdur. 2005-ci ildən 2021-ci ilədək isə universitetin «Azərbaycan dili» kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2021-ci ildən UNEC-in Tərcümə Mərkəzində tərcüməçi (azərbaycan dili üzrə) kimi fəaliyyət göstərir.