
İsmayıl Xeyirxəbərov Mahmud oğlu
i.e.n., dosent
Bakı, H.Əliyev küçəsi, 135
+(994) 12 440-33-67, 441-65-21
20 mart 1965-ci ildə Gürcüstanın Saqareco Yor-Muganlı kəndində anadan olmuşdur.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Ümumiqtisad” fakultəsinə daxil olmuşdur.
Birinci kursu bitirdikdən sonra hərbi xidmətə çagrılmışdır.
1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirmişdir.
1995-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasında baş müəllim kimi işləyib, 2018-ci ilin iyul ayindan Biznesin idarə edilməsi kafedrasında dosent vəzifəsində çalışır.
40-dan artıq elmi əsərlərin, fənn proqramlarının, metodiki və dərs vəsaitlərinin müəllifidir.