Məhəmməd  Əliyev

Məhəmməd Əliyev

Kafedra müdiri, dosent

Avesis链接

Bakı, H.Əliyev küçəsi, 135
+(994) 12 440-33-67, 441-65-21
[email protected]

Əliyev Məhəmməd Ələkbər oğlu 4 sentyabr 1955-ci ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur.
1962-1972 – Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qivraq kənd orta məktəbi
1976-1980 – D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)
2005 – İqtisad üzrə fəlsəfə doktoru
2008 – Dosent

1972-1973 – Şərur rayon N.Nərimanov adına sovxozda fəhlə
1980-2001 – Neft Emalı və Neft Kimya Sənayesi Nazirliyinin müəssisələrində: iqtisadçı, baş iqtisadçı, sex rəisi, baş mühəndis, direktor müavini, Həmkarlar İttifaqları Komitəsinin sədri və direktor
2006-2011 – Dekan müavini  
2011-2012 – Kafedra müdiri
Hazırda UNEC-in “Biznes və logistika” kafedrasının (əvvəlki “Biznesin idarə olunması”) müdiridir.

ELMI ƏSƏRLƏRİN SİYAHISI
Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasının strateji problemlərinə aid 15 elmi məqalənin, 1 monoqrafiyanın, 1 dərsliyin və 1 dərs vəsaitinin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

Evlidir, üç övladı və iki nəvəsi var.