Mehriban  Cavadova

Mehriban Cavadova

İqtisad elmləri namizədi, dosent

Avesis链接

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1989-cu ildə N.A.Voznesenski  adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialına  daxil olub, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Daha sonra elmi fəaliyyətini davam etdirərək kafedrada qalmış, aspiranturaya daxil olmuş və 2000-ci ildə müvəffəqiyyətlə aspiranturanı bitirib namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

2001-ci ildən müəllim, daha sonra baş müəllim və 2008-ci ildən kafedranın dosentidir.
2001-2005-ci  illərdə fakültədə təlim-tərbiyə işləri üzrə  dekan müavini.
2005-2008-ci illərdə isə Magistratura Hazırlıq Mərkəzində baş inspektor və Elmi Şuranın katibi vəzifələrində çalışmışdır.
M.V.Lomonosov adına MDU-nin doktorantıdır.
2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.

20-yə yaxın elmi məqalənin, 10-a yaxın tədris-metodik vəsaitin və 1 kitabın (birgə müəllifliklə dərcinin) müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Ailəlidir, bir övladı var.