Nazilə  Məmmədova  Mürsəl

Nazilə Məmmədova Mürsəl

"Humanitar fənlər" kafedrasının dosenti

Avesis链接
 Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Məmmədova Nazilə Mürsəl qızı 01.07.1956-cı ildə Gədəbəy rayonunun Novosaratovka kəndində anadan olub.
1979 –cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini (1974-1979 –cu illərdə) bitirib.
1980-1985-ci illərdə AMEA- nın Fəlsəfə və Hüquq İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır.
1984-1989-cu illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı  (istehsalatdan  ayrılmadan) olmuşdur.
1991-ci  ildə  namizədlik dissertasiyasını  müdafiə  edərək,  Fəlsəfə elmləri  namizədi  alimlik dərəcəsi  alıb.
03.1995-07.1999-cu  illərdə AMEA-nın Fəlsəfə  kafedrasında dosent əvəzi  vəzifəsində  çalışmışdır.
1999-cu  ilin  avqust  ayından  Azərbaycan  Dövlət  İqtisad Universitetinin Fəlsəfə kafedrasında  baş  müəllim  vəzifəsində çalışıb.
Hazırda "Humanitar fənlər" kafedrasının dosentidir.
30-dan artıq elmi əsərin, 1 monoqrafiya, proqramların müəllifidir.
Ailəlidir. Üç övladı var.