Ramiz Cavadov

Ramiz Cavadov

İqtisad fəlsəfə doktoru, dosent

Avesis链接

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98

Cavadov Ramiz Cavad oğlu 09 iyun 1971-ci ildə Zərdab rayonunda anadan olmuşdur.
1988-ci ildə orta məktəbi bitirmişdir.
1988-1993 illərdə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində ali təhsil almışdır.

1993-2003-cü illərdə ixtisası üzrə müxtəlif müəssisə və şirkətlərdə çalışmışdır.
2003-cü ilin may ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Statistika” kafedrasında dissertant təyin edilmişdir.
2003-2017-ci illərdə “Statistika” kafedrasında müəllim vəzifəsində işləyib.
2017-ci ildən UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosentidir.
2008-ci ildə 08.00.12 –“Mühasibat uçotu, statistika” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Hazırda "Tətbiqi iqtisadiyyat" kafedrasının dosentidir.

Elmi-pedaqoji fəaliyyət dövründə 15,4 c.v. həcmində məqalə, dərs vəsaiti və proqram nəşr etdirmişdir.*

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

06 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in Fəxri Fərmanı ilə təltif edilib.