
Raqif Qasımov
İqtisad fəlsəfə doktoru, dosent
[email protected]
+(99412) 24-225-21-57
Qasımov Raqif Xanbala oğlu 2000-ci ildə Binəqədi rayonu 246 saylı məktəb-litseyi bitirib və həmin il Nazirlər Kabineti nəznində Xalq Təsərrüfatı İdarəetmə İnstitutuna daxil olmuşdur.
Adı keçən İnstitutun 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə birləşdirilməsi ilə əlaqədar olaraq 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakültəsinin məzunu olmuşdur.
Daha sonra təhsilini davam etdirərək 2004-ci ilin oktyabr ayından Türkiyə Respublikası Niğde Universitetində “İdarəetmə və Təşkilatlandırma” ixtisası üzrə magistr təhsili almışdır.
2006-cı ildə magistr təhsilini bitirdikdən sonra, Türkiyə Respublikası Sakarya Universitetində “İdarəetme ve Təşkilatlandırma” ixtisası üzrə doktorantura təhsili almağa haqq qazanmışdır.
2011-ci ildə “Azərbaycandakı müəssisələrdə insan resurslarının idarəedilməsi” mövzusundakı doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru ünvanı qazanmışdır.
2008-ci ildən UNEC Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində mütəxəssis, idarə heyətinin üzvi vəzifəsində çalışmış, eyni zamanda “İnsan Resurslarının İdarəedilməsi”, “Stratejik İdarəetmə“, “Keyfiyyətin İdarəedilməsi”, “Biznesin İdarəedilməsi” və “Müasir İdarəetmə Nəzəriyyələri” fənnlərini tədris etmişdir.
2010-cu ildən Türk Dünyası İşlətmə Fakültəsində Tələbə İşləri Departamentində müdir vəzifəsini icra etmişdir.
2012-ci ildən UNEC-də “Mevlana Programının” koordinatoru, 2014-cü il aprelindən oktyabr 1-nə kimi Magistratura Mərkəzində direktor müavini vəzifəsində çalışmışdır.
1 oktyabr 2014-cü il tarixindən 2021-ci ilin avqustuna kimi Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru vəzifəsini yerinə yetirib.
2021-2025 -ci illərdə UNEC-in Rəqəmsallaşma üzrə prorektor vəzifəsində işləmişdir.
2023-cü ildən UNEC-in Zaqatala filialının direktorudur.
Bir çox yerli və xarici konfransda məruzə ilə çıxış etmiş və 15-dən çox məqaləsi dərc olunmuşdur.