1953-cü ilin avqustun 1-də Azərbaycan Respublikasının Şamaxı şəhərində anadan olmuşdur.
1972-ci ildə orta məktəbi bitirmişdir.
1973-cü ildə D.Bünyadzadə adına Xalq Təssərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsinə daxil olmuşdur.
1977-ci ildə həmin institutu bitirmiş və verilmiş təyinata uyğun olaraq Məişət Xidməti nazirliyinin Bakı şəhəri idarəsinin nəzdində fəaliyyət göstərən “Bahar” kombinatına mühasibat vəzifəsinə qəbul edilmişdir.
1986-cı ilin sentyabrında Moskva şəhərində yerləşən Rusiya Fedrasiyasının Məişət Xidməti Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Kimya-texnoloji elmi tədqiqat” inistitutunun qiyabi aspiranturasına daxil olmuşdur.
1989-cu il fevralın 28-də elmi işini müdafiə etmişdir. İqtisad elmləri namizədidir.