Rövşən  Camalov

Rövşən Camalov

Müəllim

Avesis链接

Camalov Rövşən Elşən oğlu 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsili:

  • 25.03.2019-21.06.2019 – Nord Universiteti – Ph.D internship. Business School. DR437E – Governance in the High North: Implications for Arctic private and public sector, Ph.D course
  • 01.02.2018-15.06.2018 – Hacettepe Universiteti – Doctoral research at Faculty of Economics and Administrative Sciences, Department of Economics. ECO700 – SPECIAL SUBJECTS, Ph.D course
  • 01.26.2017 – Azərbaycan Dövlət İqtisad Universiteti– İqtisad elmləri üzrə dissertan. Ph.D. mövzusu: Neft ixrac edən ölkələrdə fiskal institutların iqtisadi artıma təsirinin qiymətləndirilməsi
  • 01.09.2013 – 20.06.2015 – Vitautas Maqnus University – Maliyyə və Bank işi üzrə magistr dərəcəsi
  • Magistr diplom işi: Assessment of the Influence of Global Financial Crisis to the Banking Sectors of the Oil Exporting Countries: A Case of Azerbaijan
    01.08.2014 – 24.12.2014 – Vaasa Universiteti – Maliyyə üzrə magistr dərəcəsi (Tələbə dəyişimi Proqramı)
  • 15.09.2009 – 15.06.2013 – Azərbaycan Kooperasiya Universiteti – Marketinq ixtisasi üzrə Bakalavr dərəcəsi  

Əmək fəaliyyəti:

  • 17.08.2015 – 17.11.2015 – İqtisadçı (Araşdırmaçı), İqtisadi və sosial inkişaf Mərkəzi (İSİM; CESD) (təcrübə proqramı)
  • 10.09.2015 – 06.06.2016 (saathesabı) – Müəllim, Bakı Biznes və Kooperasiya Kolleci. Tədris etdiyi fənlər – “Menecmentin əsasları”, “Dünya iqtisadiyyatı”
  • 26.10.2015 – davam edir – Azərbaycan Dövlət İqtisad Universiteti –UNEC (müəllim). “Beynəlxalq İqtisadiyyat” kafedrası.
  • 08.11.2018-ci tarixdən 21.07.2020-ci tarixə kimi SABAH mərkəzinin rəhbər müavini vəzifəsində çalışıb.
  • Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimidir (0.5).

2017-ci il iyunun 29-dan iyulun 6-dək Xəzər Universitetində keçirilən Avrasiya Bilik Mərkəzi (ABM), Xəzər Universiteti və Natural Resource Governance İnstitute-nin təşkilatçılığı ilə “Təbii ehtiyatların idarə olunması” mövzusunda beynəlxalq təlimdə iştirak edib və sertifikatla təltif olunub.

Tədris etdiyi fənnlər – “Dünya iqtisadiyyatı”, Beynəlxalq İqtisadiyyat”, Beynəlxalq pul-kredit münasibətləri və ölkələrin pul kredit sistemi”(ingilis dilində), Korporativ maliyyə (ingilis dilində).
Hazırda Rövşən Camalov iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almaq üçün “Neft ixrac edən ölkələrdə fiskal institutların iqtisadi artıma təsirinin qiymətləndirilməsi” adlı mövzu üzərində çalışır.