Şamil  Qafarov

Şamil Qafarov

İqtisad elmləri doktoru, professor

Avesis链接

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Qafarov Şamil Saleh oğlu 1950-ci il yanvarın 19-da Ağdam rayonunda  anadan olub.
1967-1971-ci illərdə D.Bün­yadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İn­sti­tu­tu­nun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Sənayenin iqtisadiyyatı fakültəsində təhsil alib və həmin institutu əla qiymətlərlə bitirib.

Həmin ildə təyinatla yeni tikilməkdə olan Bakı Maşınqayırma zavoduna iqtisadçı vəzifəsinə göndərilib.
1972-1973-cü illərdə Murmansk vilayətinində hərbi xidmətdə olub. 1974-1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Ko­mi­tə­si nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışıb.
1975-1978-ci illərdə Azərbaycan Döv­­­­­­lət Universitetində siyasi iqtisad ixtisası üzrə as­pi­ran­tu­ra­da təhsil alıb. 1978-ci ildən təyi­natla “Siyasi iqtisad” kafedrasına müəllim təyin edilib.
1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Siyasi iqtisad ixtisası üzrə aspiranturanın əyani şöbəsinə daxil olub.
1978-ci ilin dekabr ayında Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi tərəfindən təyinatla “Siyasi iqtisad” kafedrasına müəllim vəzifəsinə göndərilib.
1980-ci ildə “İctimai əmək bölgüsü qanunu və inkişaf etmiş sosializmdə onun fəaliyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülüb.
1982-ci ildə Azərbaycan Dövlət Universitetində baş müəllim, 1986-cı ildə dosent seçilib.

1998-ci ilin iyun ayında Bakı Dövlət Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsinə seçilib.
2001-ci ildə “İctimai əmək bölgüsünün sosial iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
2008-ci ildən elm və tədris sahə­sin­dəki fəaliyyətini Azərbaycan Dövlət İqtisad Uni­ver­sitetində davam etdirir.
2010-cu ildə İqtisad Uni­ver­si­te­ti­nin professoru seçilib və həmin ildə də AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərə­findən professorluğu təsdiq olunub.
Hazırda "İqtisadiyyat" kafedrasının professorudur.