Sevinc Abbasova

Sevinc Abbasova

“Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri, i.e.n., dosent

Avesis链接

Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
. +(994) 12 564-67-98

sevinjabbasova@unec.edu.az

Abbasova Sevinc Ağaməmməd qızı D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini “Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Təyinat ilə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Normativ-tədqiqat bürosunda iqtisadçı, sonra böyük iqtisadçı, 1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun sosioloji eimi-tədqiqat laboratoriyasında elmi işçi vəzifələrində çalışmışdır. 1995-2004-cü illərdə müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017-ci illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.
16.09.2017-ci il tarixindən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışıb. Hazırda “Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri vəzifəsində çalışır.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Mühasibat uçotu, o cümlədən idarəetmə uçotu, idarəetmə təhlili, maliyyə hesabatı, auditin müxtəlif aktual problemlərinə həsr olunmuş  170 ç.v. həcmində 90 elmi əsərin, o cümlədən, 2 dərsliyin, 4 dərs vəsaitin, 1 monoqrafiyanın müəllifidir. 17 elmi məqaləsi xarici ölkələrdə nəşr olunub, o cümlədən Web of Science, Skopus və РИНЦ bazalarında.  UNEC-də  tədbiq olunan “Differensial Əmək Haqqı” sistemində hər il reytinq cədvəlində ilk 100-lüyə daxil olub.

Abbasova Sevinc Ağaməmməd qızı işlədiyi müddətdə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə təşəkkürnamələr alıb. 2016 ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqçıl təhsil işçisi» adlı döş nişanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib.
Respublika Peşəkar Mühasiblər Təşkilatının üzvüdür.
Ailəlidir. Bir övladı var.