Sima  Hüseynova

Sima Hüseynova

tərcüməçi (rus dili üzrə)

Avesis链接
+(994) 12 440-80-76

Hüseynova Sima İslam qızı 1952-ci ilin 13 sentyabrında Bakı şəhərində anadan olmuşdur.
1959-cu ildə məktəbə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. 1969-cu ildə  M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuş və 1974-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.

1978-ci ildə Azərbaycan Respublikasının Müəlliflər Agentliyi şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 1982-ci ildə D.Buniyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun kitabxanasında (kitabxanaçı, sektor müdiri), sonra tələbə şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1990-ci ildən 2016-cı ilə kimi UNEC-də "Rus dili" kafedrasında əvvəl müəllim, sonra baş müəllim vəzifəsində işləmişdir.
2016-cı ildən Tərcümə Mərkəzində tərcüməçi (rus dili üzrə) vəzifəsində fəaliyyət göstərir.