
Yadulla Həsənli
İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, i.e.d., professor
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
+(994) 12 492-78-70; 18-46 (daxili: 1117)
[email protected]
Həsənli Yadulla Həmdulla oğlu 1959-cu il mart ayının 7-də Azərbaycan Respublikasının Saatlı rayonunda anadan olub.
1965-1976-ci illərdə orta məktəbdə oxuyub.
Müxtəlif illərdə riyaziyyat üzrə Respublika olimpiadasının iştirakçısı və mükafatçısı olub.
1981-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi-riyaziyyat fakültəsini bitirib.
1983-1987-ci illərdə Azərbaycan Ellər Akademiyasının Kibernetika İnstitutunda aspiranturada oxuyub.
1989-cu ildə „Kənd təsərrüfatı müəsssisələrinin fəaliyyətinin modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
2007-ci ildə “Azərbaycanın sosial-iqtisadi inkişafının modelləşirilməsi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb.
1981-ci ildən Azərbaycan EA-nin Kibernetika İnstitutunda mühəndis, kişik elmi işçi, elmi işçi, böyük elmi işçi, baş elmi işçi, sektor müdürü vəzifəsində işləyib.
1994-2005-ci illərdə Ali Diplomatiya Kolleci (indiki Avrasiya Unversitetində) dosent və kafedra müdüri vəzifələrində işləyib.
1998-1999-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Politologiya və İdarəetmə İnstitunda (indiki Dövlət İdarəçiliyi Akademiyası) 0.5 ştat dosent vəzifəsində işləyib.
2002-2005-ci illərdə Azərbaycan Milli Bankında elmi məsləhətçi;.
1994-cü ildən Baki Dövlət Unversitetinin Optimallaşdırma və idarəetmə kafedrasında dosent, professor vəzifələrində işləyib.
2000-ci ildə Dünya Bankının, 2001-ci ildə Asiya İnkişaf Bankının yerli eksperti olub.
2002-2005-ci illərdə Azərbaycan Respublikası Мərkəzi Bankının Monetar siyasət departamentinin elmi məsləhətçisi olub.
UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının professorudur.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
20-ə qədər beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib.
172-ə qədər elmi əsərin müəllfidir, onlardan 32-i xaricdə çapdan çıxıb.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Tədqiqat sahələri: Sosial-iqtisadi modelləşdirmə, makroiqtisadi siyasət, makroiqtisadiyyatın proqnozlaşdırılması, neft və qaz qiymətlərinin proqnozlaşdırılması