Bakı, H.Əliyev küçəsi, 135 +(994) 12 440-33-67, 441-65-21
1970-1973-ci illərdə Bakı süd kombinatının təmir-inşaat sexində fəhlə işləmişdir. 1973-1978-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil almışdır. 1982-1986-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda qiyabi aspiranturada təhsil almışdır. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1978-1998-ci illərdə S. Ağamalıoğlu adına Gəncə Kənd Təsərrüfatı İnstitutunun “Siyasi iqtisad” kafedrsanın müəllimi vəzifəsində işləmişdir. 1992-1998-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “İqtisadi nəzəriyyə” kafedrasının müdiri olmuşdur. 1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” kafedrasının dosentidir. 1998-2005-ci illərdə Məişət Sənaye Qaz Səhmdar Cəmiyyətinin sədri olmuşdur. 2016-cı ilə kimi Biznes və menecment fakültəsinin dekan müavini vəzifəsində işləyib.
33 elmi, elmi-metodiki və dərsliyin hazırlanmasında iştirak etmişdir.