Rəsm Dərnəyi! Yaradıcı dünyanı bizimlə kəşf et!

Rəsm dərnəyi – yaradıcılığını rənglər və fırça ilə ifadə et

 

 

Universitetimizin Yaradıcılıq mərkəzində Rəsm Dərnəyi fəaliyyət göstərir və yeni üzvlərini qəbul edir! Əgər rəsm çəkməyi sevirsənsə, yaradıcılığını inkişaf etdirmək, yeni texnikalar öyrənmək və əsərlərini sərgiləmək istəyirsənsə bu dərnək tam sənlikdir!

 

 

Yağlı boya, qrafika, akvarel
Yaradıcılıq seminarları və sərgi imkanları
Rahat, dostcanlı və ilhamverici mühit

 

Təcrübən var-yox – fərq etmir. Əsas odur ki, yaratmaq istəyin olsun!
Rəsm Dərnəyinə qoşul, istedadını görünən et!