Xidmət şöbəsi

Şöbə sahib olduğu resurslar və innovativ iş metodlarından istifadə etməklə həftənin I-V günləri saat 08:30-dan 18:00-dək oxuculara xidmət göstərir.

Xidmət şöbəsində oxucuların qeydiyyatı aparılmaqla istifadəçilərin formulyar və kartoçkaları yaradılır, professor-müəllim heyəti və təhsilalanlarla birbaşa ünsiyyət prosesində onlara kitab verilişi, KAA və resurs mübadiləsi, fonda qəbul edilmiş fəlsəfə doktoru və elmlər doktoru dissertasiya və avtoreferatlarından müvafiq qaydada istifadənin təşkili istiqamətində xidmətlər göstərilir. Xidmət şöbəsi UNEC-in abunə olduğu dövrü nəşrlərin paylanması və arxivləşdirilməsini təmin edir, nəzərdə tutulan tədbirlər və 

mövzularda kitab sərgilərini təşkil edir, eləcə də, tədris və elmi-tədqiqat prosesində sənəd-informasiya resurslarından hibrid formada istifadənin səmərəliliyinin artırılması ilə bağlı maarifləndirici fəaliyyətlər həyata keçirilir.

Xidmət şöbəsinin daim yenilənən zəngin fonduna Azərbaycan, türk, ingilis və rus dillərində dərsliklər, dərs vəsaitlərimonoqrafiyalar, dissertasiya və avtoreferatlar, yerli və beynəlxalq jurnallar, qəzetlər, statistik və normativ materiallar və digər resurslar daxildir.