Maliyyə və təminat departamenti
Departament haqqında
Maliyyə və təminat departamenti universitetdə mühasibat uçotunun sistemli təşkili, universitetin aktivlərinin idarə edilməsinin səmərəliliyinin yüksəldilməsi, təsərrüfat əməliyyatlarının registrlərdə düzgün əks etdirilməsinin təmin edilməsi zəruriliyi nəzərə alınaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 19 sentyabr 2014-cü il tarixli qərarına əsasən “Maliyyə və mühasibatlıq departamentinin və “Təchizat şöbəsinin bazasında yaradılmışdır.
Maliyyə və təminat departamentinin strukturuna 5 şöbə daxildir: Mühasibat uçotu və hesabatı şöbəsi, Təhsilalanlarla hesablaşmalar və bank əməliyyatları şöbəsi, Əməkhaqqı şöbəsi, İqtisadi təhlil və proqnozlaşdırma şöbəsi, Satınalmaların təşkili və təchizat şöbəsi.
Maliyyə və təminat departamentinin əsas funksiyalarına Universitetin maliyyə- təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili, aktivlərin və öhdəliklərin, eləcə də, əsas vəsaitlərin, mal- material qiymətlilərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların, təhsil haqqı ilə bağlı hesablaşmaların mühasibat uçotu hesablarında vaxtında və düzgün əks etdirilməsi, Universitetin əməkdaşlarına əmək haqqının və ona bərabər tutulan ödənişlərin, təhsil alanlara təqaüdlərin vaxtında hesablanması və ödənilməsi üçün zəruri tədbirlərin görülməsi, cari və perspektiv maliyyə planlarının hazırlanması, gəlirlər və xərclər smetasının tərtibi, təsdiqi və icrasının təmin olunması, mal, iş və xidmətlərə olan tələbatın öyrənilməsi, satınalmaların təşkili, qanunvericilikdə nəzərdə tutulan hesabatların müəyyən olunmuş müddətlərdə hazırlanıb təqdim olunması və s. daxildir.