Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin əsas struktur bölmələrindən biri olub Avropa təhsil sisteminə inteqrasiya şəraitində Universitetdə beynəlxalq standartlara cavab verən yüksək səviyyəli iqtisadçı kadrların hazırlanması üçün tədris-metodiki işlərin təşkilini, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata keçirən əlaqələndirici orqandır. Mərkəzin fəaliyyətində məqsəd – tədris prosesini təşkilati baxımdan təmin etməkdən və Universitetdə peşəkar kadr hazırlığının həyata keçirildiyi ixtisas və ixtisaslaşmalar üzrə proqramların tələbələr tərəfindən mənimsənilməsinə şərait yaratmaqdan ibarətdir.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində islahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, “Ali məktəbdə tədris prosesini tənzimləyən qaydalar, təlimatlar, əsasnamələr, daxili əmək davranışları qaydaları”nı, Universitetin Nizamnaməsini, normativ aktları, rektorun əmr, sərəncam və göstərişlərini, Universitet Elmi Şurasının qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və elmi-metodiki tövsiyyələrini rəhbər tutur.
Mərkəzin işi onun illik fəaliyyət planı əsasında həyata keçirilir. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Dövlət İqtisad Universitetinin bütün fakultələri, kafedraları, struktur bölmələri, o cümlədən digər elm və təhsil qurumları ilə əlaqəli fəaliyyət göstərir.
Mərkəzin fəaliyyət istiqamətlərinə aiddir: Tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsi; Təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün fakültələrin, kafedraların və digər struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi; Tədris prosesinin tədris-metodiki, didaktiv və informasiya materialları ilə təmin edilməsi; Müasir təlim texnologiyalarının tədris prosesinə tətbiqi və istifadəsinə təşkilati və metodiki dəstəyin göstərilməsi; Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət.
Tədris prosesinin təşkili və koordinasiyası bölməsinin funksiyaları: