Maliyyə və mühasibat fakültəsində “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim kursunun açılış tədbiri keçirilib

  • 15 مايو 2025
  • 4

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim kursunun açılış tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev çıxışında Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsünə yüksək qiymət verib və təlim kursunun “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında böyük rol oynayacağını və gələcək karyeraları üçün təcrübə qazanmalarına imkan yaradacağını bildirib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə bazarlarında tərəfdaşlığın inkişafı və təşviqi şöbəsinin böyük mütəxəssisi Jalə Əfəndiyeva, Data idarəedilməsi şöbəsinin mütəxəssisi Günel Hüseynli, Data analitikası bölməsinin rəhbəri Məmmədəli Rəcəbov, Data mühəndisliyi şöbəsinin böyük mühəndisi-proqramçı Vahid Hüseynov və Data mühəndisi Nərminə Zeynalova “Data Talks: Rəqəmlərlə iqtisadiyyatın rəhbərliyi” mövzusunda çıxış edərək, “Data Governance” anlayışına aydınlıq gətiriblər, onun təşkilatdakı rolu, faydaları və real nümunələr, datanın modelləmə metodları, SQL, ənənəvi və müasir data arxitekturaları, data mühəndisliyi alətləri və süni intellektin istifadəsindən söz açıblar.

Qeyd edək ki, təlimlər 4 gün davam edəcək və kursu müvəffəqiyyətlə bitirən iştirakçılara Mərkəzi Bank tərəfindən sertifikartlar veriləcəkdir.