Afilə  Qurbanova  Alı

Afilə Qurbanova Alı

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti

رابط Avesis
Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
01 may 1954-cü ildə Beyləqan  rayonunun Şahsevan kəndində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu  bitirmişdir.
Bakı Dövlət Universitetinin dissertantı olmuş, 2007-ci ildə «Çörək-bulka məmulatlarının mikrobioloji davamlılığının tədqiqi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
AR Prezidenti yanında Ali Attestasiya Kom-nın 24   iyun 2008-ci il tarixli qərarı ilə ona biologiya elmləri namizədi alimlik dərəcəsi  verilmişdir.
Müxtəlif illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, Bakı Dövlət Əmtəəşünaslıq İnstitutunda laborant, müəllim, baş müəllim  vəzifələrində işləmişdir.
1995-ci ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun «Qida məhsullarının texnologiyası» kafedrasında assistent, baş müəllim vəzifələrində işləyib.
2000-ci ildən 2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin «Qida məhsullarının texnologiyası» kafedrasının bаş müəllimi olub.
2014-cü ilin fevralından «Qida məhsullarının texnologiyası» kafedrasının dosentidir.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

2003-cü ildə həmmüəllifliyi ilə Azərbaycanda ilk dəfə yazılmış «Qida fiziologiyası» dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərlyi tərəfindən mükafata layiq görülmüşdür.