Akif  Məmmədov

Akif Məmmədov

İqtisad elmlər namizədi, dosent

رابط Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Məmmədov Akif Bəylər oğlu 20.05.1951-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunda anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir.
1971-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qiyabi aspirantı olmuşdur.
1972-1973-cü illərdə hərbi xidmətdə olmuşdur.

1973-1995-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında (indiki Azərbaycan Kooperasiya Universiteti) laborant, assistent, dosent, dekan vəzifələrində işləmişdir.
982-ci ildə Azərbaycan Respublikası EA-nın İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent, dekan müavini vəzifələri tutmuşdur.
Hazırda “İqtisadiyyat” kafedrasının dosentidir.

30-a qədər elmi-metodik əsərin müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

 

Evlidir. İki övladı və nəvələri var.