Günay Pənahova

Günay Pənahova

İqtisad üzrə fəlsəfə doktoru, dosent

رابط Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Pənahova Günay Məhiş qızı 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1997-ci ildə Yasamal rayonu A.Hüseynzadə adına 20 saylı orta məktəbi bitirmişdir.
1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi nəzəriyyə ixtisasına daxil olmuşdur.
2001-ci ildə bakalavr təhsil pilləsini bitirdikdən sonra 2001-2003-cü illərdə magistraturaya daxil olmuşdur.
2004-cü ildə dissertant olmuşdur.
2010-cu ildə “Davamlı inkişafın təmin edilməsinin makroiqtisadi problemləri” mövzusu üzrə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyanı müdafiə etmişdir.

2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin  “İqtisadi nəzəriyyə-2” kafedrasında işləyib.
“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının baş müəllimi olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının dosentidir.

Ailəlidir, iki övladı var.