
Nihad İsgəndərov Vüqar oğlu
Tələbə rektor
(+994)12 492-78-25
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) tələbə rektoru universitetin əyani təhsil alan tələbələri arasından (IV kurs və yuxarı – istisnadır) bir il müddətinə seçilir.
Tələbə rektor UNEC-də təhsil alan tələbələrin maraqlarını təmsil etmək üçün seçilən nümayəndədir. Tələbə rektor ictimai əsaslarla çalışır.
Tələbə rektor universitetin bərabərhüquqlu idarəetmə orqanlarından biridir, UNEC-in Elmi Şurasının və digər struktur bölmələrinin fəaliyyətində, eləcə də tələbələrin maraqlarını əhatə edən məsələlərin müzakirəsinin və qərarların qəbul edilməsi prosesində iştirak etmə hüququna malikdir.
Tələbə rektor gənclərlə iş üzrə müvafiq orqanlarla qarşılıqlı münasibətlərin qurulması məsələləri ilə əlaqədar təmsilçilik və ekspert funksiyalarını yerinə yetirir, ona verilən səlahiyyətlər daxilində universiteti və onun tələbələrinin maraqlarını digər təhsil müəssisələri ilə münasibətlərdə təmsil edir.
2016-cı ilin mayından 2017-ci ilin mayina kimi tələbə rektor Şahin Həsənov, 2017-ci ilin mayından 2018-ci ilin iyun ayına kimi Cabbar Hüseynli, 2018-ci ilin iyunundan 2019-cu ilə kimi Elmir Sadıqov, 2019-cu ilin noyabrından Cavidan Adilzadə olub. 2021-ci ilin dekabr ayında Cabbar Cəlilov, 2023-cü ildə Aysel Rzazadə seçkilərdə qalib gələrək Tələbə Rektor seçilmişdir.
01.06.2024-cü il tarixdən 01.06.2025-ci il tarixə kimi Tələbə-Rektor İqtisadiyyat və idarəetmə fakültəsinin 508-ci qrup tələbəsi Nihad İsgəndərov seçilib.
Lələtəpə fatehləri ilə görüş – VİDEO (07.04.2017)