Qəzənfər  Allazov

Qəzənfər Allazov

İqtisad elmləri namizədi, dosent

رابط Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Allazov Qəzənfər Sehvəddin oğlu 15.02.1949-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Kolayır kəndində anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmiş və həmin ildə təyinatla Azərbaycan Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmiş, 1983-cü ilə kimi orada müxtəlif vəzifələrdə (baş laborant, kiçik və baş elmi işçi) işləmişdir.
1975-1978-ci illərdə Azərbaycan Respublikasının EA-nın İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur.
1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1983-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif vəzifələrdə işləmişdir.
Hazırda “İqtisadiyyat” kafedrasının dosentidir.

300-dən artıq elmi-metodiki əsərin müəllifidir.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Ailəlidir, iki övladı və bir nəvəsi var.