Rəfiqə Bağırzadə  Ziya

Rəfiqə Bağırzadə Ziya

Tələbə İşləri Mərkəzinin operator kargüzarı

رابط Avesis
Rafiqa_Bagirzade@unec.edu.az
+(994) 12 492-68-32
+(994) 12 492-52-45
Bakı, İstiqlaliyyət küçəsi, 6
(UNEC-in əsas tədris binası, I mərtəbə, otaq 106, 107)

 02.01.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur.

·        2011-ci ildə 190 saylı tam orta məktəbi bitirmişdir.
·        2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bakalavriat səviyyəsi üzrə,
·        2017-ci ildə Bakı Dövlət Universitetini magistratura səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

      Əmək fəaliyyətinə 2018-ci ildə «Kredit Evi» Qapalı Səhmdar Cəmiyyətində başlamışdır.
·        22.07.2022-ci il tarixindən UNEC Tələbə İşləri Mərkəzinin Tələbə hərəkəti şöbəsinin müvəqqəti böyük mütəxəssisi vəzifəsində çalışmışdır.
·        06.06.2023-cü il tarixindən UNEC Tələbə İşləri Mərkəzinin Tələbə şöbəsinin operator-kargüzarı vəzifəsinə və Dövlət İmtahan Mərkəzinin "Tələbə-məzun" Dövlət Elektron Məlumat Sisteminə təhsilalan və məzunların məlumatlarının daxil edilməsi üçün operator vəzifəsinə təyin olunmuşdur.
·        2023-cü ildən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan nəzarətçisi vəzifəsində çalışır.
·        18.06.2025-ci il tarixindən 2025/2026-cı tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul qaydalarına əsasən ixtisas seçimi mərhələsinə buraxılan bakalavrlar haqqında tam olmayan təhsil məlumatlarının Dövlət İmtahan Mərkəzinin bazasına daxil edilməsi üçün məsul şəxs təyin edilmişdir.

·    “Milli-mənəvi dəyərlərimizin qorunmasında və zənginləşdirilməsində gənclərin rolunun artırılması” adlı layihədə iştirak etdiyinə görə Sertifikat – 25.07.2016
·        Azərbaycanın Umummilli Lideri Heydər Əliyevin 93-cü il dönümünə həsr olunmuş Qloballaşan dünya və Azərbaycan mövzusunda Elmi Konfransda iştirakına görə Sertifikat  - 23.05.2016
·        UNEC Kitabxana-İnformasiya Mərkəzinin resurslarından fəal istifadəsinə və həyata keçirilən layihələrdə dəstəyinə görə “Təşəkkürnamə” ilə təltif edilmişdir.
·        “Yaradıcı lider gənclik” və “Kitab sevməyənlər üçün “Göydən üç alma düşdü” təlimində iştirakına görə Sertifikat – 27.06.2021
·        “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Akademik kitabxanalarda kitabxanaçı hüquqları – Biz Hüquqlarımızı bilirikmi?” adlı seminarda və “Xoşbəxt olmaq kimin haqqıdır?” mövzusunda təlimdə fəal iştirakına görə Sertifikat – 12.07.2025